Rusiya: Son bir həftədə Amerika istehsalı olan 10 ATACMS raketini vurmuşuq
Rusiya Müdafiə Nazirliyi son bir həftədə Amerika istehsalı olan 10 Quru Taktik Raket Sistemləri (ATACMS) raketinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.
Nazirlikdən verilən açıqlamada 23-29 noyabr tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.
Açıqlamada Ukraynadakı hərbi ünsürlərə qarşı havadan, dənizdən və qurudan yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edildiyi, bu hücumlarda enerji elementləri, hərbi hava limanı infrastrukturu, PUA və pilotsuz dəniz vasitələrinin istehsal və saxlama məntəqələri, silah və sursat anbarları, Ukrayna əsgərlərinin, xarici hərbi ekspertlərin və muzdlu döyüşçülərin yerləşdiyi nöqtələrinin vurulduğu qeyd edilib.
Açıqlamada Ukrayna ordusunun Rusiya ərazisinə hücumlar təşkil etdiyinə diqqət çəkilərək, uzaq mənzilli "Neptun" raketi, Amerika istehsalı 10 ATACMS raketi, 15 Fransa istehsalı "Hammer" və Amerika istehsalı JDAM idarəolunan təyyarə bombası, 2 ABŞ istehsalı HIMARS raketi və 353 pilotsuz uçuş aparatı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd edilib.
Açıqlamada Ukraynanın Xarkov vilayətindəki Kopanki qəsəbələri və Donetsk vilayətinin Novaya İlyinka, Vorovskoye və Razdolnoye qəsəbələrinin son bir həftə ərzində Rusiya ordusu tərəfindən ələ keçirildiyi, 34 Ukrayna əsgərinin isə əsir götürüldüyü bildirilib.