Rusiya: Zaporojya vilayətində Zaqornoye qəsəbəsi ələ keçirilib


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Zaporojye vilayətindəki Zaqornoye qəsəbəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.


Nazirlikdən verilən açıqlamada Rusiya hərbi birləşmələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada cəbhə xəttində döyüşlərini davam etdirdiyi bildirilən bəyanatda “Şərq Hərbi Qrupunun birlikləri Zaporojya vilayətinin Zaqornoye qəsəbəsini azad edərək, sərfəli mövqelər əldə edib” - deyə qeyd edilib.

Açıqlamada Ukrayna ordusuna aid 10 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib: “Hərbi əməliyyat başlayandan indiyədək 613 təyyarə, 276 helikopter, 25 min 855 İHA, 529 hava hücumundan müdafiə raket sistemi, 16 min 352 tank və zirehli texnika, 1341 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 10 min 547 haubitsa və 2 min minaatan 613 xüsusi hərbi maşın məhv edilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu