Rusiya: Ukraynanın enerji mənbələrini yüksək dəqiqlikli silahlar və PUA-larla vurduq


Rusiya Müdafiə Nazirliyi səhər saatlarında uzun mənzilli, yüksək dəqiqliyə malik silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın enerji mənbələrinə qarşı hücum həyata keçirdiklərini açıqlayıb.



Nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynaya qarşı hücumlarını davam etdirdiyi ifadə edilən açıqlamada, “Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrin fəaliyyət göstərməsini təmin edən enerji infrastrukturunun kritik ünsürlərinə qarşı sıx bir hücum həyata keçirdi. Havadan və dənizdən yüksək dəqiqlikli silahlar və PUA-larla bütün təyin olunmuş hədəflər vuruldu" qeyd edilib.

Açıqlamada Ukraynada PUA-ların istehsal edildiyi 2 sexin və Ukrayna hərbi hissələrinin yerləşdiyi 143 bölgənin PUA, artilleriya və raket atəşi ilə bombalandığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu