Rusiya: Zoryanoye qəsəbəsi nəzarətimizdədi


Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Zoryanoye qəsəbəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini bildirib.



Nazirlikdən verilən açıqlamada 19-25 oktyabr tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.

Açıqlamada son bir həftədə Ukraynanın hərbi mövqelərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edildiyi, bu hücumların neft, qaz və enerji elementləri, hərbi hava limanı infrastrukturu, PUA istehsalı və anbar sexləri, sursat və yanacaq anbarları və ukraynalı əsgərlərin müvəqqəti yerləşdiyi məntəqələrin vurulduğu bildirilir.

Bəyanatda Rusiya ordusunun cəbhədə irəlilədiyi və Zoryanoye qəsəbəsinin ələ keçirildiyi qeyd edilib.

Son bir həftədə Ukraynaya məxsus "Miq-29" tipli döyüş təyyarəsinin vurulduğuna dair məlumatların yer aldığı açıqlamada 39-u Kursk bölgəsində olmaqla 43 Ukrayna əsgərinin əsir götürüldüyü də bildirilib.

Açıqlamada müharibənin əvvəlindən bu yana Ukrayna ordusuna aid 647 təyyarə, 283 helikopter, 34 min 304 PUA, 584 hava hücumundan müdafiə raket sistemi, 18 min 871 tank və zirehli texnika, 1478 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 16 min 761 haubitsa və minaatan, 27 min 598 xüsusi hərbi maşının məhv edildiyi qeyd olunub.

Bəyanatda Rusiya ərazisinin Kursk bölgəsində Rusiya və Ukrayna qüvvələri arasında toqquşmaların davam etdiyi vurğulanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu