Bu sənədləri də “myGov”dan əldə etmək olacaq


Təhsil haqqında dövlət nümunəli sənədlər artıq “myGov” platformasında əlçatandır.

AFN.az xəbər verir ki, 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini “myGov” (web) portalında “Təhsil məlumatlarım” - “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

Yaxın günlərdə elektron təhsil sənədləri “myGov” mobil tətbiqində də əlçatan olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu