Meloni Ukraynaya dəstəyinə izah vermək məcburiyyətində qalıb


İtaliyanın Baş naziri Corca Meloni ölkədə keçiriləcək növbədənkənar seçkilər fonunda Ukraynaya verdiyi dəstəyə görə seçicilər qarşısında bəraət qazanmaq məcburiyyətində qalıb.

AFN.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Meloni Ukraynaya dəstək verdiyinə görə çətinliklərlə üzləşir, çünki onun daxil olduğu siyasi fraksiyanın nümayəndələri Rusiyaya qarşı daha yumşaq siyasətin tərəfdarıdırlar və Kiyevə hərbi yardımın davam etdirilməsini dəstəkləmirlər.

Bununla yanaşı, qəzet yazır ki, Meloni son zamanlar qanunsuz miqrasiyaya qarşı mənfi münasibətini daha tez-tez vurğulamağa başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu