Pompeyin vulkan püskürməsindən əvvəlki qoxusu kəşf edilib



Pompey və Boskorealedə aparılan qazıntılar zamanı aşkar edilən 2 min illik buxurdanları araşdıran alimlər qədim romalıların evlərində hansı tütsü və bitkiləri yandırdıqlarını ilk dəfə kimyəvi analizlər vasitəsilə müəyyən ediblər. 

AFN.az xəbər verir ki, inkişaf edən elmi metodlar sayəsində artıq bəşər tarixinin ən incə detallarına belə çatmaq mümkündür.

Duyusal arxeologiya sahəsində çalışan avropalı tədqiqatçılar Pompey və yaxınlıqdakı Boskoreale qəsəbəsində apardıqları araşdırmalar zamanı eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində küllər altında qalan evlərin necə qoxduğunu ortaya çıxarıblar. Zəngin Pompey evlərinin daxilində odun, torpağı xatırladan və yüngül sitrus ətrinə malik qoxu olduğu müəyyən edilib.

Arxeoloqlar bu mühüm nəticəyə gəlmək üçün onilliklər əvvəl aşkar edilmiş iki bişmiş gil buxurdanından götürdükləri mikroskopik nümunələri üç fərqli kimyəvi testə məruz qoyublar.

Qədim Roma ədəbiyyatında ev tanrılarına tütsü, şərab və meyvə təqdim edildiyi bilinsə də, bu günə qədər bu ənənələrə dair birbaşa fiziki sübut tapılmamışdı.

Aparılan analizlərdə ehtimal edildiyinin əksinə, peyin kimi yanacaqlardan istifadə edilmədiyi, bunun əvəzinə palıd və dəfnə kimi odunlu bitkilərə üstünlük verildiyi müəyyənləşdirilib.

Araşdırmanın ən diqqətçəkən nəticəsi isə buxurdanlardan birində aşkar edilən ekzotik qatran izləri olub. Bu gün elemi kimi tanınan və buxur ağacı fəsiləsinə aid olan bu xüsusi qoxunun Roma İmperiyasının uzaq ticarət şəbəkələri vasitəsilə bölgəyə gətirildiyi məlum olub.

Ərəbistan yarımadası, tropik Afrika və Asiyadan Qırmızı dəniz və İsgəndəriyyə üzərindən İtaliyaya gətirildiyi düşünülən bu qatranlar Pompeydə məişət ibadətlərində idxal qoxulardan istifadə edildiyinə dair ilk birbaşa arxeoloji sübut hesab olunur.

Buxurdanın üzərində həmçinin tökülmüş şərab və ya sirkəyə aid ola biləcəyi düşünülən kimyəvi izlərə də rast gəlinib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu