Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdi


Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti - Şəmsi Bədəlbəyli küçəsi - Füzuli küçəsi - Abdulla Şaiq küçəsi - Nəriman Nərimanov prospekti - Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların metronun “İçərişəhər” stansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu