İtaliyanın baş naziri Zelenskiyə Ukraynaya hərtərəfli dəstək verəcəklərinə vəd verdi


İtaliyanın baş naziri Giorgia Meloni şənbə günü Rusiyanın "qəddar və ədalətsiz təcavüzünü" dəf etmək səylərində Ukraynaya tam dəstək verəcəyini vəd edib.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə çıxış edən Meloni İtaliyanın Ukraynaya silah tədarükünü davam etdirəcəyini və lazım olduğu müddətcə ölkəsini dəstəkləyəcəyini bildirib.

“Biz Ukraynanın qələbəsinə üstünlük veririk”, - Meloni bildirib.

Günün əvvəlində Zelenski prezident sarayında İtaliya prezidenti Sercio Mattarella ilə görüşüb və tezliklə Roma Papası Fransisklə danışıqlar aparmaq üçün Vatikana gedəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu