Hindistan Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasındakı sazişi araşdırır


Hindistan Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında imzalanmış Məkkə sazişinin ölkənin milli təhlükəsizliyinə təsirlərini öyrənir.

AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval bildirib.

"Biz sazişin nəticələrini həm Hindistanın milli təhlükəsizliyi, həm də regional sülh və sabitlik baxımından araşdırırıq", – deyə o qeyd edib. Caysvalın sözlərinə görə, Hindistan öz milli maraqlarının qorunmasına tam sadiqdir və bu istiqamətdə bütün zəruri tədbirləri görəcək.

Qeyd edək ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə avqustun 7-də Məkkə sazişini imzalayıblar. Sənəd bu ölkələrdən birinə hücumun sazişin bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu