Rusiya: Ukraynanın Moskva vilayətinə pilotsuz təyyarə ilə hücum cəhdinin qarşısı alınıb


Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatı (PUA) ilə Moskva vilayətinə hücum cəhdinin qarşısı alındığını açıqlayıb.


"Bu gün səhər saatlarında Kiyev rejiminin pilotsuz təyyarə ilə Moskva vilayətindəki obyektlərə terror hücumu həyata keçirmək cəhdi təkzib edilib", - nazirliyin yazılı açıqlamasında bildirilir.

Açıqlamada İHA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi, bloklanan hücum nəticəsində hər hansı can itkisi və ya tələfat olmadığı bildirilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabından bildirib ki, hücum gecə saatlarında olub: "Düşmən PUA-sı gecə saatlarında hücuma cəhd etdi. Müdafiə Nazirliyi qüvvələri tərəfindən vuruldu. Dağıntı və itki yoxdur".

Ukraynanın iyulun 24-də iki PUA ilə Rusiyanın paytaxtı Moskvaya hücum etdiyi, ölən və yaralananların olmadığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu