Rusiya: "Ukraynanın PUA ilə Moskvaya hücumunun qarşısı alınıb"
Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları ilə Moskvaya hücum cəhdinin qarşısı alındığını bildirib.
Nazirlikdən verilən açıqlamada, yerli vaxtla saat 07.30-da Ukraynanın pilotsuz uçuş aparatlarından istifadə edərək hücum cəhdinin qarşısının alındığını açıqlayıb.
Açıqlamada hava hücumundan müdafiə sistemlərinin hücumu dayandırdığı, Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edildiyi bildirilib.
Moskva meri Sergey Sobyanin sosial media hesabından verdiyi açıqlamada, Podolsk şəhəri ətrafında Rusiya hava hücumundan müdafiə sistemlərinin Moskvaya doğru uçan İHA-nın hücumunu dəf etdiyinə dair məlumatı paylaşaraq, hər hansı dağıntı və ya itkinin olmadığını qeyd edib.