Rusiya: "Ukrayna Moskva və Leninqrad vilayətinə PUA hücumuna cəhd edib"


Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları ilə Moskva və Leninqrad vilayətlərinə hücuma cəhd etdiyini bildirib.



Nazirlikdən verilən açıqlamada “Yanvarın 18-də yerli vaxtla saat 01.30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb” sözləri qeyd edilib.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin Moskva və Leninqrad vilayəti üzərində bir PUA-nın vurulduğu bildirilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabından verdiyi açıqlamada Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Podolsk ətrafında Moskvaya doğru uçan PUA hücumunu dəf etdiyini bildirib.

İlkin məlumatlara görə, İHA-nın qalıqlarının düşdüyü yerdə heç bir dağıntı və insan tələfatı olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu