Mərkəzi Afrika Respublikasında qızıl mədənində uçqun: 107 işçinin meyiti çıxarılıb



Mərkəzi Afrika Respublikasının Kamerun sərhədində yerləşən qızıl mədənində uçqun baş verib. Hadisə nəticəsində ölənlərin sayının 107 nəfərə çatdığı bildirilib.

AFN.az xəbər verir ki, milli mətbuatda yayılan məlumatlara görə, Zamboye kəndi ətrafında ənənəvi üsullarla işlədilən qızıl mədənində uçqun meydana gəlib.

Axtarış-xilasetmə qrupları və yerli sakinlərin çalışmaları nəticəsində uçqun altında qalan mədəndən indiyədək 107 işçinin meyiti çıxarılıb.

Çox sayda mədənçinin dağıntılar altında qaldığı mədən sahəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Mərkəzi Afrika Respublikası hökumətinin sözçüsü Evariste Ngamana həyatını itirənlərin ailələrinə başsağlığı verərək, səlahiyyətli qurumların hadisədən zərər çəkənlərə yardım göstərmək üçün fəaliyyətlərini davam etdirdiyini bildirib.

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında nəzarətsiz fəaliyyət göstərən qızıl mədənlərində təhlükəsizlik tədbirlərinin kifayət qədər olmaması səbəbindən tez-tez uçqunlar baş verir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu