Tramp Hörmüzlə bağlı İranla hazırlanan sövdələşməyə görə Omanı hədələyib


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı İranla hazırlanan razılaşmadan narazılığını bildirərək Omana xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Tramp müharibəni sürətlə bitirmək, Tehranı zəiflətmək və daha əlverişli nüvə sazişinə nail olmaq vədləri veribsə də, hazırda İran ətrafındakı vəziyyətə görə artan təzyiqlə üzləşir. İran isə Hörmüz boğazı üzərindəki nəzarətindən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edir.

Tramp daha əvvəl də Omanın addımlarından narazılığını ifadə etmiş, səltənətin İran-ABŞ münaqişəsinin nizamlanmasına mane olması halında onu darmadağın edəcəyi ilə hədələmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu