İran iki fransız diplomatı "arzuolunmaz şəxs" elan edib
İran Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını "arzuolunmaz şəxs" (persona non grata) elan edib və onların ölkəyə girişini qadağan edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında bildirilir.
"Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşının beynəlxalq hüququ, xüsusən 1961-ci il Vyana Konvensiyasını pozan əməllərini nəzərə alaraq, onlar arzuolunmaz şəxs elan edilir və İrana girişləri qadağan olunur", – deyə açıqlamada vurğulanır.
İran XİN qeyd edib ki, bu addım diplomatların qanunsuz əməllərinin ifşasından bir neçə həftə keçməsinə və Fransanın vəziyyəti düzəltmək üçün heç bir tədbir görməməsinə görə atılıb.



