Moldova Rusiya səfirliyinin əməkdaşını persona non qrata elan edib
Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin bir əməkdaşını persona non-qrata elan edib.
Bu barədə Rusiya səfiri Oleq Vasnetsov nazirliyə səfərindən sonra jurnalistlərə bildirib. "Bizə məlumat verildi ki, səfirlik əməkdaşlarından biri persona non-qrata elan edilib", - Vasnetsov bildirib.
Məlum olub ki, Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin hərbi attaşe köməkçisini diplomatik statusu pozmaqda ittiham edib və onu persona non-qrata elan edib.