“Telenor”a Myanmarda insanlıq əleyhinə cinayətlərlə bağlı araşdırma başlanıb



Norveç polisi ölkənin telekommunikasiya şirkəti “Telenor”un Myanmardakı fəaliyyəti dövründə insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş ola biləcəyi şübhəsi ilə bağlı araşdırmaya başlayıb.

AFN.az xəbər verir ki, Norveç polisi 2021-ci ildə hərbi çevrilişin baş verdiyi dövrdə Myanmarda fəaliyyət göstərən “Telenor” şirkəti ilə bağlı istintaq başladıldığını açıqlayıb.

Açıqlamada həmin dövrdə “Telenor”un Myanmardakı hərbi idarəçiliklə müştəri məlumatlarını paylaşdığına dair sübutların olduğu bildirilib. Müştərilərin telefon danışıqları və yerləşmə məlumatlarının paylaşılmasının insan hüquqları pozuntusu olub-olmadığının araşdırılacağı qeyd edilib.

Polisin şirkətin paytaxt Oslo şəhərindəki baş qərargahında axtarış apardığı bildirilib. “Telenor”un Myanmardakı fəaliyyəti zamanı insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş ola biləcəyi şübhəsinin araşdırılacağı vurğulanıb.

“Telenor” Norveç hakimiyyəti ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Şirkət həmin dövrdə Myanmardakı əməkdaşlarının həbs, işgəncə və daha ağır cəzalarla üzləşə biləcəyi səbəbindən hərbi idarəçiliyin tələblərinə əməl etmək məcburiyyətində qaldığını bildirib.

Qeyd edək ki, “Telenor” Myanmardakı fəaliyyətini 2022-ci ildə tamamilə dayandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu