Avstraliyada məhkəmə silsilə qətllərə görə məhkum edilmiş şəxsin şərti azadlığa buraxılmasını təsdiqləyib



Avstraliyada məhkəmə “Snowtown qətlləri” kimi tanınan silsilə cinayətlər zamanı 4 nəfəri öldürməkdə təqsirli bilinən Ceyms Vlassakisin şərti azadlığa buraxılmasına qərar verib.

AFN.az xəbər verir ki, Cənubi Avstraliya Apellyasiya Məhkəməsi 1990-cı illərdə törədilən silsilə qətllərin iştirakçılarından olan Vlassakisin şərti azadlığı ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə əyalət hökumətinin Vlassakisin şərti azadlığa buraxılmasının qarşısını almaq cəhdini rədd edib və Şərti Azadlıq Şurasının ötən ay qəbul etdiyi azadlığa buraxılma qərarını təsdiqləyib.

Şərti Azadlıq Şurasının sədri Frensis Nelson Vlassakisin törətdiyi əməllərdən peşman olduğunu bildirib. Onun sözlərinə görə, Vlassakisə şəxsiyyət pozuntusu diaqnozu qoyulmayıb, həbsxanadakı davranışları mükəmməl olub və o, cəmiyyət üçün təhlükə yaratmır.

Avstraliyada 1990-cı illərdə törədilən silsilə qətllərin qurbanlarının əksəriyyətinin cəsədləri 1999-cu ildə Cənubi Avstraliya əyalətinin Adelaida şəhərinin şimalındakı Snoutaun qəsəbəsində turşu ilə doldurulmuş çəlləklərdə aşkar edilmişdi.

Cinayətlərin əsas təşkilatçısı Con Bantinq 11, onun ortağı Robert Vaqner isə 10 qətldə təqsirli bilinərək şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edilmişdi.

Digər şərik Mark Heydon isə iki cəsədin gizlədilməsinə kömək etdiyini etiraf etmişdi. O, 25 illik cəzasını çəkdikdən sonra 2024-cü ildə azadlığa buraxılmışdı.

1998-ci ildə 18 yaşında olarkən 4 nəfəri öldürdüyünü 2001-ci ildə etiraf edən Ceyms Vlassakis ən azı 26 il həbsdə qalmaq şərti ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Vlassakisin minimum həbs müddəti 2025-ci ilin avqustunda başa çatıb. Ona həmin ilin dekabrında şərti azadlığa buraxılmaq hüququ verilsə də, əyalət hökumətinin etirazından sonra bu qərar ləğv edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu