Fransada 299 xəstəsini cinsi istismar edən cərrah 20 il həbs cəzası aldı


Fransada əksəriyyəti uşaq olmaqla 299 xəstəsini cinsi istismara məruz qoyan keçmiş cərrah 20 il müddətinə azadlıqdan məhrum edilib.

Fransa mediasının verdiyi xəbərə görə, Bretonya bölgəsinin Vann şəhərində yerləşən Morbihan Cinayət Məhkəməsi 74 yaşlı keçmiş cərrah Jol Le Suarne barəsində hökm çıxarıb.

Məhkəmə onu çoxsaylı cinsi istismar hadisələrində, əsasən uşaqlara qarşı törədilmiş cinayətlərdə təqsirli bilib və 20 il həbs cəzası verib.

Qərara əsasən, Le Suarnenin cəzasının üçdə ikisini çəkdikdən sonra belə, şərti azadlığa buraxılması mümkün olmayacaq.

Vəkillərinin açıqlamasına görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti vermək niyyəti yoxdur.

Bu hadisə Fransada “misli görünməmiş” uşaq istismarı işi kimi dəyərləndirilir. Cinayət işi üzrə məhkəmə prosesi 24 fevral 2025-ci ildə başlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu