Uşaq bağçasının işçisi 60 uşağı cinsi istismara məruz qoyub


Avstraliyada uşaq bağçasında baxıcı işləyən pedofil Eşli Pol Qriffit uşaqlara cinsi təcavüz etdiyini etiraf edib.



Brisbane Rayon Məhkəməsində baxılan iddiada 307 ittihamla ittiham olunan Qriffit Avstraliya və İtaliyada əksəriyyəti 12 yaşdan kiçik olan 60 qıza qarşı zorakılıq etdiyi üçün məhkəmə tərəfindən günahkar bilinib.

Qriffit 2022-ci ilin avqustunda uşaq istismarı məzmunu hazırladığı üçün polis tərəfindən saxlanılıb.

Qriffit 2003-2022-ci illər arasında Avstraliyanın on iki müxtəlif bölgəsində və İtaliyanın Piza şəhərində 91 uşağa qarşı 1623 cinayət törətdiyi müəyyən edilib.

Hazırda həbsdə olan Qriffitin cəzası daha sonra müəyyənləşəcək.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu