BƏƏ: İrandan atılan raketlərə görə dəniz gəmiçiliyinə təhlükə yaranır


İrandan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istiqamətində atılan iki ballistik raket dəniz gəmiçiliyinə qarşı yönəlib.

AFN.az xəbər verir ki, bu barədə ərəb dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

"Qiymətləndirmələrimiz göstərdi ki, İrandan atıldığı qeydə alınan iki ballistik raket dəniz gəmiçiliyinə qarşı yönəlib və dənizə düşüb", – deyə nazirliyin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir. Konkret hədəflər açıqlanmayıb.

Daha əvvəl BƏƏ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin İrandan iki ballistik raketin buraxılışını qeydə aldığını bildirmişdi. Raketlərdən biri ölkənin ərazi sularından kənarda, ikincisi isə ərazi suları daxilində düşüb. İnsidentdən sonra BƏƏ İranla bütün ticarət və maliyyə əlaqələrini dayandırdığını elan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu