İrandan Körfəz ölkələrinə xəbərdarlıq: ABŞ-ın mümkün hücumlarına dəstək verməyin
İran Baş Qərargah rəisi general-mayor Abdullah Abdullahı Körfəz ölkələrini ABŞ-ın İrana qarşı mümkün hərbi fəaliyyətlərinə dəstək verməmələri barədə xəbərdar edib.
AFN.az xəbər verir ki, Baş Qərargahdan verilən açıqlamaya görə, Abdullahı Fars körfəzinin cənub sahilində yerləşən ölkələrin ərazilərinin İrana qarşı ABŞ tərəfindən istifadə edilməsinə icazə verməyəcəklərini açıqlamalarına baxmayaraq, bölgədəki proseslərin yaxından izlənildiyini bildirib.
Abdullahı bölgədəki hərbi bazalarda, xüsusilə havada yanacaq dolduran təyyarələr başda olmaqla çox sayda ABŞ hərbi təyyarəsinin yerləşməsinin ev sahibi ölkələrin məlumatı olmadan baş verməsinin mümkün görünmədiyini ifadə edib.
ABŞ-a mümkün dəstək məsələsində bölgə ölkələrini xəbərdar edən Abdullahı “ABŞ-ın ordusuna hər cür yardım və şərait yaratmaq Amerika hərbi qüvvələri ilə əməkdaşlıq deməkdir” ifadəsini işlədib.
Abdullahı bölgə ölkələrinin İrana qarşı mümkün hərbi əməliyyatlarda ABŞ-a heç bir şəkildə dəstək verməməli olduğunu vurğulayıb.
