Yaponiyada güclü yağışların səbəb olduğu daşqınlarda 13 nəfər ölüb



Yaponiyanın Çiba prefekturasında güclü yağışların səbəb olduğu daşqınlarda 13 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.

AFN.az xəbər verir ki, NHK-nın məlumatına görə, yerli hakimiyyət orqanları paytaxt Tokio şəhərinin şərqində yerləşən Çiba prefekturasında ötən həftə baş verən güclü yağışların nəticələrini açıqlayıb.

Rəsmilər yağışların səbəb olduğu daşqınlarda 13 nəfərin həyatını itirdiyini, 1 nəfərdən isə xəbər alınmadığını bildiriblər.

Daşqınlar nəticəsində 66 evin zərər gördüyünü qeyd edən rəsmilər, 63 nəfərin də təxliyə mərkəzlərinə sığındığını bildiriblər.

Rəsmilər həmçinin yollarda tərk edilmiş təxminən 2500 avtomobilin ərazidən çıxarılması işlərini davam etdirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu