Yevlax xəstəxanasının baş həkimi işdən çıxarıldı


“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.

AFN.az "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, müvafiq əmrlə Mirrəhim Nəbiyevin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim vəzifəsində fəaliyyətinə xitam verilib.

Hazırda xəstəxananın rəhbərliyinin kimə həvalə olunacağı barədə məlumat yoxdur.

Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu