Tramp Kanadaya tətbiqi planlaşdırılan 50 faizlik tarifləri 3 gün dayandırdı
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal edilən bəzi məhsullara yerli vaxtla çərşənbə səhərindən etibarən tətbiq edilməsi planlaşdırılan 50 faiz həcmində gömrük rüsumlarını üç gün müddətinə dayandırdığını açıqlayıb.
AFN.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi açıqlamada sözügedən qərarı Kanada ilə əldə olunan razılaşma əsasında verdiyini bildirib.
Tramp paylaşımında “Sabah səhər qüvvəyə minməsi planlaşdırılan Kanadaya qarşı 50 faizlik gömrük rüsumlarını sənədlərin yekunlaşdırılmasından asılı olmaq şərtilə ABŞ və Kanadanın razılığa gəlməsi səbəbindən üç günlük müddətə dayandırdım” ifadəsini işlədib.
ABŞ administrasiyası ötən ay Kanadanın Amerika məhsullarına qarşı ayrı-seçkilik xarakterli tətbiqlər həyata keçirdiyini irəli sürərək, bu ölkədən idxal edilən bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq olunacağını açıqlamışdı.
Ağ Evdən verilən açıqlamada Trampın 1930-cu il tarixli Tarif Qanununun 338-ci bölməsinə əsasən Kanada mənşəli müəyyən məhsullara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan üç ayrı prezident bildirişi imzaladığı qeyd edilmişdi.
Hər bir bildirişin Kanadadan idxal edilən müxtəlif məhsul qruplarına 50 faiz həcmində əlavə vergi tətbiq etdiyi bildirilən açıqlamada, bu çərçivədə şərabdan xokkey çubuqlarına və sementə qədər müxtəlif məhsulların yer aldığı qeyd edilmişdi.
Açıqlamada sözügedən tarifin 19 avqustda qüvvəyə minəcəyi bildirilmişdi.
