Kanada ABŞ-dan idxal olunan mallara 25 faiz rüsum tətbiq edəcək

Kanadanın Baş naziri Castin Trüdo bu gündən etibarən Kanadanın ABŞ-dan idxal etdiyi mallara 25 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.
Trüdo ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan idxala gömrük rüsumlarının bu gündən başlayacağı ilə bağlı açıqlamasına cavab verib.
Kanadanın bu ədalətsiz qərarın cavabsız qalmasına icazə verməyəcəyini vurğulayan Trüdo "Amerika tarifləri qüvvəyə minərsə, Kanada da bu gündən etibarən 25 faizlik tariflə cavab verəcək" deyib.
"ABŞ tariflərinin sona çatmayacağı təqdirdə müxtəlif qeyri-tarif tədbirləri həyata keçirmək üçün əyalətlər və ərazilərlə aktiv və davamlı müzakirələr aparırıq", - deyən Trüdo, Kanadanın tariflərinin ABŞ ticarət fəaliyyətini geri götürənə qədər qüvvədə qalacağını bildirib.