Trüdö Trampla görüşüb
Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Floridadakı Mar-a-Laqo malikanəsində görüşüb.
“The Washington Post” yazır ki, Trüdo Trampla Mar-a-Laqoda şam yeməyinə qatılıb.
Trampın prezident vəzifəsinin icrasına başlayan zaman Kanadadan gələn məhsullara 25 faiz gömrük rüsumu tətbiq etmək planını açıqlamasından sonra təşkil edilən səfərə cütlüyün həyat yoldaşları, Şimali Dakota qubernatoru Duq Burgum, Miayk Volts, Hovard Lutnik və Deyv McKormik qatılıb.
Kanada tərəfində isə Kanadanın İctimai Təhlükəsizlik Naziri Dominik LeBlank və Trüdönün baş qərargah müdiri Katie Telfordun iştirak etdiyi müşahidə edilib.
Qeyd edək ki, Tramp prezident vəzifəsinin icrasına başlayan zaman Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.