Kanadanın baş naziri APEC sammitində iştirakını təsdiqləyib
Kanadanın baş naziri Castin Trudo San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcəyini təsdiqləyib.
Bu barədə onun mətbuat xidmətinin bəyanatında deyilir.
“Baş nazir Castin Trudo bu gün ABŞ-ın San-Fransisko şəhərinə gedəcəyini və burada noyabrın 15-17-də keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Liderlərinin Görüşündə iştirak edəcəyini açıqlayıb”, - sənəddə deyilir.
Trudo həmkarları ilə təkcə iqtisadi məsələləri deyil, həm də iqlim dəyişikliyi məsələlərini müzakirə etmək niyyətindədir. Onu xarici işlər naziri Mélanie Joly və Kanadanın beynəlxalq ticarət, ixracın inkişafı, kiçik biznes və iqtisadi inkişaf naziri Meri Nq müşayiət edəcək.
APEC sammiti noyabrın 15-17-də San-Fransiskoda keçiriləcək.