Miley Trampla görüşüb


Argentina prezidenti Xavyer Miley amerikalı siyasətçinin Mar-a-Laqo iqamətgahında Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə X-da Cənubi Amerika respublikası liderinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının ofisi “Prezident Xavyer Miley seçilmiş prezident Donald Tramp və sahibkar İlon Maskla” başlığı ilə foto dərc edib. “Görüşdə Argentina Prezident Aparatının baş katibi Karina Miley və xarici işlər naziri Xerardo Verteyn də iştirak edib”, - deyə mətbuat xidməti məlumat yayıb.

Miley konfransdakı çıxışında Trampı qələbə münasibətilə bir daha təbrik edib və sosializmi tənqid edib. Videodan görünür ki, Argentina prezidentinin çıxışı əvvəlcə planlaşdırdığından daha qısa olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu