Argentinanın yeni prezidenti Miley Baydenlə telefonla danışıb
Argentinada prezident seçkilərində qalib gələn Xavyer Miley ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.
Azadlıq İnkişaf Partiyasının Xarici Siyasət Məsləhətçisi Diana Mondino açıqlamasında bildirib ki, Miley Baydeni dekabrın 10-da keçiriləcək andiçmə mərasiminə dəvət edib.
Mondino iki liderin İsrail və HƏMAS arasındakı münaqişələri, enerji və ərzaq təhlükəsizliyini müzakirə etdiklərini və Mileynin Baydenə dünyanın ərzaq təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu dediyini bildirib.
Digər tərəfdən, Argentina mətbuatının yazdığına görə, Bayden Mileyə təşəkkür edib və işinin sıx olduğunu əsas gətirərək dəvəti rədd edib.
2027-ci ilə qədər Argentina prezidenti vəzifəsini icra edəcək Miley dekabrın 10-da Alberto Anxel Fernandesdən vəzifəni təhvil alacaq.