Xavyer Miley andiçmə mərasiminə Lula da Silvanı da dəvət etdi


Noyabrın 19-da Argentinada keçirilən prezident seçkilərində qalib gələn Xavyer Milei seçki kampaniyası zamanı haqqında sərt açıqlamalar verdiyi Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı andiçmə mərasiminə dəvət edib.



Milei dekabrın 10-da keçiriləcək andiçmə mərasiminə dəvət məktubunu Argentinanın yeni Xarici İşlər Naziri olacağı gözlənilən Diana Mondino ilə göndərib.

Məktubda iki ölkə arasındakı əlaqələrə diqqət çəkən Milei bunları deyib:

"Hər iki xalqın qarşısında bir çox problemlər var. Əminəm ki, azadlıq prinsiplərinə əsaslanan iqtisadi, sosial və mədəni dəyişikliklər bizi rəqabətədavamlı ölkələr sinfində yerləşdirəcək. Biz bilirik ki, ölkələrimiz arasında sıx tarixi və coğrafi əlaqələr var. Bu səbəbdən də biz sizi fiziki inteqrasiya, ticarət və beynəlxalq mövcudluğa nail olmağa dəvət edirik".

Milei məktubunda Lula da Silva ilə yaxın münasibət qurmaq istədiyini bildirərək, növbəti dəfə görüşməyi ümid etdiyini bildirib.

Digər tərəfdən Mondinonun Braziliya xarici işlər naziri Mauro Vieria ilə görüşdüyü və Mileinin Lula da Silvaya göndərilməsi üçün dəvət məktubunu ona təqdim etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu