İran: ABŞ-ın “İqtisadi D-Day əməliyyatı” öz böhranını ört-basdır etmək cəhdidir



İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı açıqladığı “İqtisadi D-Day əməliyyatının” Vaşinqtonun artan borc və faiz xərclərindən qaynaqlanan iqtisadi böhranını ört-basdır etməyə yönəlmiş cəhd olduğunu bildirib.

AFN.az xəbər verir ki, Əraqçi sosial media hesabında verdiyi açıqlamada “İqtisadi D-Day” adlandırılan təşəbbüsün ABŞ-ın misli görünməmiş borc və artan faiz xərclərindən qaynaqlanan öz böhranından diqqəti yayındırmaq cəhdi olduğunu ifadə edib.

ABŞ-ın uğursuz siyasətlərini davam etdirməsinin Vaşinqtona daha çox məğlubiyyət gətirəcəyini bildirən Əraqçi bunun eyni zamanda iranlıların ABŞ-a qarşı düşmənçiliyini artıracağını qeyd edib.

Əraqçi ABŞ-ın iqtisadi təzyiqi qlobal iqtisadiyyatı və bütün dünyada suverenliyi təhdid etdiyini deyib.

ABŞ Prezidenti Tramp isə dünən verdiyi açıqlamada İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyata başlayacağını açıqlayıb və İranla iqtisadi əlaqələrini davam etdirən ölkələrə də ağır iqtisadi nəticələrin tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu