Cənubi Koreya: Şimali Koreyanın 80-120 nüvə silahına sahib olduğu təxmin edilir



Cənubi Koreyanın müdafiə naziri Ahn Gyu-back Şimali Koreyanın 80-120 nüvə silahına sahib olduğunun təxmin edildiyini bildirib.

AFN.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, nazir ABŞ Prezidenti Donald Trampın Şimali Koreyanın 57 çox güclü nüvə silahına sahib olduğunu bildirməsindən sonra parlamentdə keçirilən iclasda məsələ ilə bağlı açıqlamalar verib.

Şimali Koreyanın nüvə silahı potensialı ilə bağlı təxminlər barədə sualı cavablandıran Ahn “Adətən Şimali Koreyanın 80-120 nüvə silahına sahib olduğunu düşünürük, lakin dəqiq rəqəm söyləmək olduqca məhduddur” deyib.

Nazir sözügedən rəqəmin özəl qurumların təxminlərinə əsaslandığını və Cənubi Koreyanın bunu rəsmi şəkildə təsdiqləyə bilməyəcəyini bildirib.

Ahn Trampın açıqlamaları doğrultusunda Cənubi Koreya və ABŞ-ın Şimali Koreyanın nüvə silahı ehtiyatına dair təxminlərinin bir qədər fərqli göründüyünü ifadə edib.

Müxalifət deputatının Seul administrasiyasının Pxenyanın nüvə silahı arsenalına sahib olduğunu qəbul edib-etmədiyi ilə bağlı sualına Ahn “Bunu heç vaxt rəsmi olaraq qəbul edə bilmərik” cavabını verib.

Cənubi Koreya hökumətinin yüksək vəzifəli rəsmisinin Şimali Koreyanın nüvə silahlarının sayı ilə bağlı konkret rəqəm açıqlamasının nadir hal olduğu bildirilərkən, Seul administrasiyası nüvə silahlarından azadlaşdırmanı dəstəkləyən siyasətinə uyğun olaraq Pxenyanı rəsmi şəkildə nüvə silahına malik dövlət kimi tanımır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu