BMT Şimali Koreyanı nüvə silahından çəkinməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Şimali Koreyanı nüvə silahı və ballistik raket proqramlarını davam etdirməkdən çəkinməyə çağırıb.
BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari Şimali Koreyanın nüvə silahı istehsalını sürətləndirməyi vəd edən konstitusiya dəyişikliyini tənqid edib.
Şimali Koreyanın nüvə silahlandırma siyasətini ölkə konstitusiyasında daha da aydınlaşdırdığını bildirən Xiari, “Şimali Koreyanı bir daha bu cür hərəkətlərdən çəkinməyə çağırırıq” - deyə bildirib.
"Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq nüvə silahları və ballistik raket proqramlarını davam etdirmək niyyətini davamlı olaraq nümayiş etdirir", - Xiari qeyd edib.
Bu gün Şimali Koreya nüvə silahının artırılması ilə bağlı konstitusiya dəyişikliyini qəbul edib.