Rusiya ordusunun Kiyevə hücumunda 8 nəfər öldü, 33 nəfər yaralandı



Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi hava hücumu nəticəsində ilkin məlumata görə 8 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilib.

AFN.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesabında verdiyi açıqlamada Rusiyanın paytaxta raket hücumu təşkil etdiyini bildirib.

Kliçko şəhərin müxtəlif rayonlarında dağıntıların olduğunu qeyd edərək, “Solomianski rayonunda uşaq xəstəxanasının binasına ziyan dəyib” deyib.

Kliçko ilkin məlumata görə hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini, 33 nəfərin yaralandığını bildirib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) açıqlamasında isə şəhərin Svyatoşinski, Darnitski və Solomianski rayonlarında axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Açıqlamada Rusiya ordusunun Ukraynanın Jitomir vilayətinə də hücum etdiyi qeyd olunub. Hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi, 40 nəfərin yaralandığı bildirilib.

Açıqlamada hücum səbəbindən bölgədəki polis mərkəzlərindən birində yanğın baş verdiyi qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu