Ukrayna: Rusiyanın Sumiyə aviazərbəsi nəticəsində 4 nəfər ölüb


Rusiya ordusunun Ukraynanın Sumi şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb.



Ukrayna Fövqəladə Hallar Xidmətinin (DSNS) "Telegram" hesabından verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Sumi şəhərinə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücumun şəhərdə 10 mərtəbəli yaşayış binasına təşkil edildiyi, hücum nəticəsində 4 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib.

Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" hesabında paylaşdığı açıqlamada Rusiyanın Sumiyə hücumuna reaksiya verib.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski hücumu dəhşətli faciə kimi qiymətləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu