İspaniya İtaliyanın sərhəd nəzarətini ləğv edəcəyinə ümid edir
İspaniya hakimiyyəti İtaliyanın krallıqdan gələn şəxslər üçün dəniz və hava sərhədlərində tətbiq etdiyi nəzarəti tezliklə ləğv edəcəyinə ümid edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Daxili İşlər Nazirlərinin görüşündən sonra İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska məlumat verib.
O, bu məhdudiyyətlərin ən qısa zamanda aradan qaldırılacağını gözlədiyini bildirib.
Öz növbəsində İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi Seutadakı miqrant böhranı ilə bağlı keçirilən fövqəladə videokonfransda Şengen sazişinin fəaliyyətinin müvəqqəti dayandırılmasının Madridə qarşı yönəlmədiyini və müvəqqəti xarakter daşıdığını vurğulayıb.
Qeyd edək ki, iyulun sonlarında on minlərlə qanunsuz miqrantın İspaniyanın Seuta şəhərinə daxil olmasından sonra Madrid bölgədə təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb edib. Məlumata görə, şəhərə çatmaq istəyərkən ən azı 75 nəfər həlak olub.
