Polşa Rusiya təyyarəsinə görə iki gündür qırıcılarını havaya qaldırır


Polşa Hərbi Hava Qüvvələrinin növbətçi qırıcı cütlüyü son iki gündə ikinci dəfə Baltik dənizi üzərində uçuş həyata keçirən Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini müşayiət etmək üçün havaya qaldırılıb.

AFN.az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın verdiyi məlumata görə, insident Polşanın sahilyanı Koşalin şəhərindən 56 kilometr şimal-qərbdə baş verib.

İyul ayı ərzində Polşa hərbçiləri bu cür dörd analoji halın qeydə alındığını bildiriblər.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində hərbi aviasiyanın bütün uçuşlarının hava məkanından istifadəyə dair beynəlxalq qaydalara tam uyğun olaraq həyata keçirildiyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu