Belçikada anomal isti hava ilə əlaqədar narıncı xəbərdarlıq elan edilib



Belçikada təsirini gücləndirən isti hava dalğası səbəbindən ölkənin böyük hissəsində narıncı xəbərdarlıq elan olunub. 

AFN.az xəbər verir ki, bu barədə Belçika Kral Meteorologiya İnstitutu (RMI) məlumat yayıb.

Məlumata görə, bazar ertəsi ölkə ərazisində hava əsasən günəşli və çox isti keçəcək.

Açıqlamada bildirilib ki, daxili bölgələrdə havanın temperaturunun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Günün ikinci yarısında isə ölkənin cənub hissəsində buludluluğun artacağı proqnozlaşdırılır.

Qeyd olunub ki, sahil ərazilərində dənizin təsiri nəticəsində havanın temperaturu 30 dərəcədən aşağı olacaq.

RMI ölkənin böyük hissəsində narıncı isti hava xəbərdarlığı verildiyini açıqlayıb. Qərbi FlandriyaŞərqi Flandriya bölgələrində isə bir pillə aşağı olan sarı xəbərdarlıq qüvvədə olacaq.

Meteoroloqların proqnozuna əsasən, çərşənbə axşamı hava temperaturu 31 dərəcə, çərşənbə günü isə təxminən 28 dərəcə olacaq. Sahil bölgələri istisna olmaqla, ölkənin qalan hissəsində sarı isti hava xəbərdarlığı davam edəcək.

Qeyd edək ki, Belçikada narıncı isti hava xəbərdarlığı insanların sağlamlığı üçün yüksək risk yaradan ekstremal istiləri ifadə edir. Bu səviyyədə vətəndaşlara günün ən isti saatlarında açıq havaya çıxmamaq, bol maye qəbul etmək və ağır fiziki fəaliyyətlərdən çəkinmək tövsiyə olunur. Eyni zamanda, yerli idarəetmə orqanlarının da fövqəladə şəraitə hazır olması tələb edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu