“Sabah” bu komandalardan biri ilə qarşılaşa bilər
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AFN.az-ın xəbərinə görə, bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşib. Masazır təmsilçisi "Orhus" səddini keçə bilsə, pley-off-da “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.



