İtaliyanın sabiq Baş naziri Aİ-nin Ukrayna münaqişəsindəki fəaliyyətsizliyini tənqid edib
İtaliyanın müxalif "5 Ulduz Hərəkatı"nın lideri, sabiq Baş nazir Cuzeppe Konte Avropa İttifaqı ölkələrinin Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə danışıqlara töhfə vermədiyini bildirib.
AFN.az İtaliya mətbuatına istinadən xəbər verir ki, siyasi xadim diplomatiyada sıçrayışın tərəfdarı olduğunu, lakin Avropanın bunu istəmədiyini vurğulayıb. O, Fransa, Böyük Britaniya və Almaniyanın özlərini "istəklilər koalisiyası" adlandırması əvəzinə, Avropanın "cəsurlar koalisiyası"nı yaratmalı olduğunu qeyd edib.
Konte, həmçinin Kiyevə silah tədarükünün davam etdirilməsinin əleyhinə çıxış edib.

