Britaniya Avropanın uzaqmənzilli silah proqramına rəhbərlik edəcək
Böyük Britaniya uzaqmənzilli və yüksək dəqiqlikli silahların hazırlanması üzrə Avropa ölkələrinin koalisiyasına rəhbərlik edəcək. Layihənin büdcəsi 50 milyard dollar qiymətləndirilir.
AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin NATO-nun Ankara sammiti ilə bağlı yaydığı bəyanatda deyilir. 10 illik proqram çərçivəsində 300 kilometrdən 2000 kilometrədək məsafədəki hədəfləri vura bilən sistemlərin yaradılması nəzərdə tutulur.
Baş nazir Keyr Starmer Avropanın Rusiya ilə qarşıdurma axtarmadığını, lakin müttəfiqlərini qorumağa hazır olmalı olduğunu bildirib.
London cari ildə Fransa və İtaliya ilə birgə "Storm Shadow" raketlərini əvəzləyəcək yeni nəsil "Stratus" proqramına artıq 535 milyon dollar ayırıb. Rusiya tərəfi isə bu addımları Böyük Britaniyanın daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq və hərbi xərcləri əsaslandırmaq cəhdi kimi qiymətləndirib.



