Trampın İranla danışıqların bitdiyini açıqlaması ilə "Brent" neftinin qiyməti 6 faizdən çox bahalaşıb



"Brent" markalı neftin bir barelinin qiyməti ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını elan etməsi və ABŞ administrasiyasının İran neftinin satışına icazə verən ümumi lisenziyanı ləğv etməsindən sonra 6 faizdən çox artıb.

AFN.az xəbər verir ki, dünən 76,60 dollara qədər yüksələn "Brent" neftinin barel qiyməti günü 74,16 dollar səviyyəsində başa vurmuşdu.

"Brent" neftinin fyuçers barel qiyməti bu gün saat 13:03 radələrinə olan məlumata əsasən bağlanış qiyməti ilə müqayisədə təxminən 6,3 faiz artaraq 78,86 dollar təşkil edib.

Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli 74,95 dollara alıcı tapıb.

Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını elan etməsi və Tehranla yeni bir razılaşma ehtimalını rədd etməsindən sonra yüksəlişə keçib.

Ankaradakı Prezident Kompleksində keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitindən əvvəl NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat nümayəndələrinə bəyanat verən Tramp İranla olası razılaşmaya toxunaraq, bu mövzunun onun üçün qapandığını və artıq onlarla razılığa gəlmək istəmədiyini bildirib.

Tramp bu işin bitdiyini düşündüyünü, zatən onlarla məşğul olmaq istəmədiyini, onların alçaq məxluqlar olduğunu ifadə edib.

Onların xəstə insanlar tərəfindən idarə olunduqlarını, qəddar və zorakılıq tərəfdarı olduqlarını vurğulayan Birləşmiş Ştatlar rəhbəri əlavə edib ki, əgər nüvə silahına sahib olsaydılar, bunu tərəddüd etmədən tətbiq edərdilər.

Amerikalı danışıqçılarla görüşəcəyini bildirən Tramp onlarla vaxt itirməyin mənasız olduğunu və onların yalançı olduqlarını qeyd edib.

Digər tərəfdən, ABŞ administrasiyası Hörmüz boğazında neft tankerlərinə yönəlik hücumlardan sonra İran neftinin satışına icazə verən ümumi lisenziyanı ləğv edib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ləğv edilmiş lisenziya çərçivəsində İran neft əməliyyatlarının yekunlaşdırılması üçün iyulun 17-dək keçid müddətinin veriləcəyini elan edib.

Trampın İranla danışıqlar qapısını bağlaması və Vaşinqtonun İran neftinin satışına dair sanksiyaları yenidən sərtləşdirməsi qlobal neft təchizatı ilə bağlı narahatlıqları artıraraq neft qiymətlərinin yüksəliş dinamikasını dəstəkləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu