FİFA və UEFA-dan qərar: Rusiya klubları ilə bağlı qadağa qüvvədə saxlanılır


Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) yaxın gələcəkdə Rusiya klublarının və yığmalarının öz bayraqları altında keçirilən turnirlərə buraxılmasını nəzərdə tutmur.

AFN.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl TASS Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya Olimpiya Komitəsinin üzvlüyünü bərpa etdiyini və rusiyalı idmançılar üzərindən bütün məhdudiyyətlərin götürülməsini tövsiyə etdiyini bildirmişdi. Jurnalist Rob Harris isə "X" sosial şəbəkəsindəki hesabında FİFA-nın BOK-un bu tövsiyələrinə baxacağını yazmışdı.

Xatırladaq ki, Rusiya klubları və yığma komandaları Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ciildən bəri FİFA və UEFA turnirlərindən kənarlaşdırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu