Fələstin FİFA-dan İsrailin üzvlüyünü müvəqqəti dayandırmağı tələb edir
Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racup Beynəlxalq Futbol Federasiyasından (FİFA) İsrail Futbol Federasiyasının təşkilata üzvlüyünü müvəqqəti dayandırmağı tələb edib. O, bunu Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresi zamanı deyib.
"Biz Fələstin federasiyasının hüquqlarına hörmət edilənə qədər İsrail federasiyasının FİFA-ya üzvlüyünü müvəqqəti dayandırmağa çağırırıq" - deyə Racup bildirib. O, qeyd edib ki, bu, FİFA-nın səlahiyyətlərinə aiddir: "İntizam komitəsini İsrail Futbol Federasiyasına sanksiya tətbiq etməyə çağırıram, sizi sağ tərəfə gəlməyə və bunu dayandırmağa çağırıram, top sizin tərəfinizdədir".
İsrail Futbol Federasiyasının rəhbəri Ofer Eini hesab edir ki, bu təşəbbüs idmanın ruhuna ziddir. "Biz heç vaxt FİFA qaydalarını pozmamışıq və gələcəkdə də pozmağı planlaşdırmırıq, Fələstin federasiyasından gələn təklifin heç bir əsası yoxdur. Bu təklif idmanın ruhu və FİFA dəyərlərinə aid deyil, siyasətdən qaynaqlanır".