FİFA "mavi vərəqə"yə veto qoydu
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino futbolçuların qısa müddətə oyundan kənarlaşdırılmasını nəzərdə tutan “mavi kart” təklifinin əleyhinə olduqlarını bildirib.
FİFA prezidenti Canni İnfantino Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) Şotlandiyada keçirilən 138-ci İllik Baş Assambleyası ərəfəsində mətbuata açıqlama verib.
Hakimə etiraz edən və ya aldatma hərəkəti edən futbolçuların 10 dəqiqə meydandan qovulacağı xəbərinə də toxunan İnfantino, "Elit səviyyədə mavi vərəqə olmayacaq. Bu, bizim üçün gündəmdə olmayan bir məsələdir" sözlərini deyib.
FİFA olaraq "mavi vərəqə"yə tamamilə qarşı olduqlarını vurğulayan İnfantino, "Mənim bu məsələdən xəbərim yox idi. Mən FİFA prezidentiyəm və hesab edirəm ki, FİFA-nın İFAB-da söz sahibidir." vurğulayıb.
Futbolda yeni təkliflərə hörmətlə yanaşmaq lazım olduğunu qeyd edən İnfantino, "Ancaq bir dəfə baxanda oyunu, oyunun mahiyyətini və ənənəsini də qorumalısan. Mavi vərəqə deyə bir şey yoxdur. " qiymətləndirməsini edib.
İFAB-ın fevralın 9-da mavi kart təklifini ehtiva edən hesabatı dərc etməyi planlaşdırdığı, lakin təklifin mətbuatda dərcindən sonra sərt reaksiyalara görə imtina etdiyi iddia edilib.
Mənbə: AA