FİFA iki ölkənin üzvlüyünü dayandırdı
FİFA Çad və Pakistan Futbol Federasiyalarının quruma üzvlüyünü dayandırıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Hər iki ölkənin futbol federasiyası hökumətin futbola müdaxiləsi səbəbindən cəzalandırılıb.
Çad və Pakistanda ölkə rəhbərliyi tərəfindən futbolla bağlı verilən qərarlar aradan qaldırılacağı halda, ölkələrin üzvlüyü yenidən bərpa olunacaq.