UEFA Rusiyaya sanksiyaların müddətini uzadır


UEFA Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadacaq.


AFN.az Rusiya mətbuatına istinadən xəbər verir ki, UEFA növbəti həftə bu məsələ ilə bağlı qərarını açıqlayacaq.

Xəbərdə bildirilir ki, Rusiya Futbol İttifaqı UEFA-dan çıxarılmayacaq. Amma diskvalifikasiya qərarı 2022/2023 mövsümündə də qüvvədə olacaq.

FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya milli komandalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu