UEFA Rusiyaya rədd cavabı verməyə hazırlaşır


UEFA Rusiyanın AÇ-2023 və 2028-ə ev sahibliyi etməklə bağlı məktubuna rədd cavabı verməyə hazırlaşır.


Bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, hazırda qurum rəhbərliyi bununla bağlı müzakirələr aparır.

Qitənin futbol qurumunda hesab edirlər ki, hazırkı mərhələdə Rusiyada turnir keçirilməsi ilə bağlı qərar verməyin bir mənası yoxdur.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar UEFA bu ölkənin klubları və milli komandasını beynəlxalq yarışlardan uzaqlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu